23.11.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Abşeron rayonunda vətəndaşları qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Abşeron rayonunda vətəndaşları qəbul edib.

Abşeron rayon və Sumqayıt şəhər vətəndaşlarının iştirak etdiyi qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, dövlət hesabına müalicə, özünüməşğulluq, minik avtomobilinə tibbi göstəriş və əlilliyin gücləndirilməsi ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.