29.11.2023

Əlilliyi olan uşaqların iştirakı ilə intellektual yarışma keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, GİD CSR Consulting və Paşa Bankın birgə təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar intellektual yarışma keçirilib. 

Agentliyin tabeliyindəki 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən əlilliyi olan uşaqlarla fiziki məhdudiyyəti olmayan məktəblilər birgə bir neçə komandada yarışıb. Məqsəd əlilliyi olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətə bərabərhüquqlu fərdlər kimi inteqrasiyasına şərait yaratmaq, inkluziv formada bilik və bacarıqlarını nümayiş etdirməkdir. 

Yarışın sonunda qalib komandalar hədiyyə və mükafatlarla təltif ediliblər.