25.12.2023

Sumqayıt Reabilitasiya Mərkəzində “Ruhun səsi” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən “Ruhun səsi” adlı tədbir keçirilib. 

Sumqayıt Poeziya evində baş tutan tədbirdə musiqi terapiyası, harmoniya və səs müalicəsi tətbiq edilib.

Səs terapiyası mütəxəssisi, musiqiçi İlhamə Babayevanın iştirakı ilə keçirilən terapiyada Mərkəzdə reabilitasiya kursu keçən 20-ə yaxın əlilliyi olan şəxs, o cümlədən Mərkəzin əməkdaşları iştirak edib. 

Səs terapiyası musiqi alətləri və səslərdən istifadə etməklə əlilliyi olan şəxslərin sosial-psixoloji vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə təşkil edilib.