03.01.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına master-klas təşkil olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına “aşağı ətrafların dopleroqrafiyası” üzrə master-klas təşkil olunub.

Tibb üzrə fəlsəfə doktoru, ümumi cərrah Dr. Kirill Aleksandroviç Antsupov tərəfindən keçirilən master-klas 3 həftə davam edib. Təlimlərdə tibbi-sosial ekspertiza komissiyasının və reabilitasiya mərkəzlərinin funskional diaqnostika həkimləri iştirak edib.

Master-klas müddətində aşağı ətraf vena və arteriyaların ultrasəs müayinəsi, qan axınının intensivliyini, venoz klapanların cari vəziyyəti, müxtəlif damarların zədələnməsinin və trombların aşkar edilməsi, damarlarda və toxumalarda yarana biləcək patologiyalar barədə təcrübə mübadiləsi aparılıb.