29.01.2024

Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılaraq verilib

Ötən il əlilliyi olan 1136 şəxs ehtiyac duyduqları 2145 reabilitasiya vasitəsi ilə yaşadıqları ünvanlarda təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə Sumqayıt şəhərində yaşayan bir qrup əliliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib.

Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən onlara müraciətlərinə əsasən təkərli oturacaq, qoltuqaltı ağac, əsa, dördayaqlı dayaq vasitəsi və s. reabilitasiya vasitələri təqdim edilib.

Qeyd  edək ki, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edilməsi işlərinin davamı olaraq, ötən il müxtəlif bölgələr üzrə 1136 şəxsə 2145 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib.