21.02.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Füzuli rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Füzuli rayonunda vətəndaşları qəbul edib.

Horadiz şəhərində keçirilən qəbulda Füzuli, Beyləqan və İmişli sakinləri iştirak etmişdir. Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidməti və vasitələri, işlə təmin edilmə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.