28.03.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün keçirilən “Jest dili” təlimləri davam edir

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün keçirilən “Jest dili” təlimləri davam edir.

Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirak etdiyi təlimin məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında effektiv ünsiyyətinin qurulmasıdır.

Mərkəz eşitmə məhdudiyyətli şəxsləri eşitmə cihazları, eləcə də ehtiyac duyduqları digər reabilitasiya vasitəsitələri ilə təmin edir. Bu baxımdan əməkdaşların işarət dilindən istifadə bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, təlimlər “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirilir.