25.03.2024

Son iki ayda əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar-fevral aylarında 18 yaşadək əlilliyi olan 4 750 uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 312 nəfəri stasionar, 2 946 nəfəri ambulator, 160 nəfəri icma əsaslı, 1194 nəfəri onlayn, 59 nəfəri ippoterapiya, 79 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.