02.04.2024

Reabilitasiya kursu keçən autizm sindromlu uşaqlar üçün ekskursiya təşkil edilib

2 Aprel - Dünya Autizm Maarifləndirmə günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri göstərilən autizm sindromlu uşaqlar üçün şirniyyat fabrikinə ekskursiya təşkil edilib.

Araz Supermarketlər şəbəkəsi ilə birgə təşkil olunan ekskursiya zamanı uşaqlar fabrikdə istehsalat prosesi ilə tanış olublar. Onlar həmçinin master-klassda özləri müxtəlif növ şirniyyatlar hazırlayıblar.

Məqsəd dövlət qayğısı ilə əhatə olunan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Tədbir çərçivəsində “Araz” Supermarketlər şəbəkəsi tərəfindən uşaqlara hədiyyələr də təqdim edilib.