04.04.2024

Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib

Yeni Klinikada 2 Aprel - Dünya Autizm Məlumatlandıma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.

Tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Bahadur Rzayev autizm sindromlu əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verib. Departament müdiri autizmli uşaqların həyat keyfiyyətinin artırılması, sosial inteqrasiyası məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb.