19.04.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Gədəbəy rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Gədəbəy rayonunda Gədəbəy, Şəmkir və Daşkəsən rayon sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, əlilliyin gücləndirilməsi və işlə təmin olunma ilə bağlı müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.