Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur.
Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə əlilliyi olan 300-dək şəxsə xidmətlər göstərilib.
Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqələri qurulacaq.