29.04.2024

Agentlik əməkdaşları eşitmə məhdudiyyətli şəxslərlə İşarət dilinin köməyi ilə ünsiyyət qururlar.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları eşitmə məhdudiyyətli şəxslərlə İşarət dilinin köməyi ilə ünsiyyət qururlar. 
Bir müddət öncə Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinə “İşarət dili” təlimləri keçirilib. 
Mərkəz eşitmə məhdudiyyətli şəxsləri eşitmə cihazları, eləcə də ehtiyac duyduqları digər reabilitasiya vasitəsitələri ilə təmin edir. Bu baxımdan əməkdaşların işarət dilindən istifadə bacarıqlarına malik olmaları xüsusi əhəmiyyət kəsb edir.