03.05.2024

Şağan Reabilitasiya Pansionatında ağacəkmə aksiyası keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında ağacəkmə aksiyası keçirilib.  

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə Mərkəz əməkdaşları ilə yanaşı, müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, eləcə də Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər iştirak edib. 

Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə verməkdir.

Pansionatın ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun şam ağacları və müxtəlif güllər əkilib. 

Tədbir çərçivəsində, həmçinin istifadə edilmiş kağızlar toplanaraq, təkrar emal üçün göndərilib.