2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası təşkil edilib.
Aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 100-dən çox zeytun və şam ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.