Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) nümayəndə heyəti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları ilə birgə Çexiyada səfərdə olub, həmin ölkənin nüfuzlu Çarlz Universitetini ziyarət ediblər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Universitetin nəzdindəki Reabilitasiya Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlərlə tanış olub.
Burada fizioterapiya və reabilitasiya sahəsində tətbiq edilən metodlar öyrənilib, təcrübə mübadiləsi aparılıb.
Keçirilən görüşlər zamanı DTSERA ilə Çarlz Universiteti arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadilələri aparılıb.