10.07.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. 

Əməkdaşlıq sənədini Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov və Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Ceyhun Məmmədov imzalayıblar.

Sənədin imzalanması tədbirində əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində həyata keçirilən işlərə töhfə verilməsi, həmçinin əlilliyi olan şəxslərin müvafiq tibb xidmətlərindən faydalanması üçün bu cür əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

İmzalanan əməkdaşlıq sənədi əlilliyi olan şəxslərin, o cümlədən uşaqların TXİ tərəfindən Mərkəzi Gömrük Hospitalında ümumi tibbi müayinələrinin, lazımi diaqnostik prosedurlarının və ehtiyac olduqda cərrahi əməliyyatlarının həyata keçirilməsini əhatə edir. 

Memoranduma əsasən, əlilliyi olan şəxslərin tibbi maarifləndirilməsi məqsədilə TXİ tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.