Yay mövsümü ilə əlaqədar Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiyaya cəlb edilən, həmçinin icma əsaslı reabilitasiya kursu keçmiş əlilliyi olan şəxslər üçün dəniz terapiyası davam etdirilir.
Bu terapiya zamanı əlilliyi olan şəxslərə yoqa, müalicəvi bədən tərbiyəsi, eləcə də psixoloqlar tərəfindən təlimlər keçirilir. İndiyədək dəniz terapiyasında 100-dək əlilliyi olan şəxs iştirak edib.