30.07.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzi “Qala” Atçılıq Mərkəzində ippoterapiya təlimləri keçirib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzi “Qala” Atçılıq Mərkəzində ippoterapiya təlimləri keçirib.

“Çapar İnklüziv Terapiya Mərkəzi” ilə birgə təşkil edilən təlimdə Sumqayıt Reabilitasiya Mərkəzində stasionar və ambulator, eləcə də icma əsaslı reabilitasiyaya cəlb edilən əlilliyi olan şəxslər iştirak ediblər.

İppoterapiya üzrə təlim həmin mərkəzin rəhbəri Yaqut Abdullayeva, həmçinin psixoloqu Fidan Abdullayeva tərəfindən keçirilib.

Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.