7 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 7 ayında əlilliyi olan 67 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onlardan 34 mini ambulator, 17 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Agentliyin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları - robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. də tətbiq edilir.
Habelə stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.