28.08.2024

Yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib

7 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib. 

Onlardan 4,5 mini təkərli oturacaq (o cümlədən 148-i mühərrikli təkərli oturacaq), 1434-ü aşağı və yuxarı ətraf protezi, 1527-si eşitmə aparatı, 1602-si qoltuqaltı və dirsəkaltı ağac olub. 

Həmçinin əlilliyi olan şəxslərə 2106 cüt protez ayaqqabı, 3581 cüt ortopedik ayaqqabı,  51 korset və s. reabilitasiya vasitələri təqdim olunub. 

Bu ilin 7 ayında ümumilikdə 8,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.